Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Karlos Rafael Faria Tortosa ilə görüşüb.
Banker.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov tviter hesabında yazıb.
Görüşdə Azərbaycan-Venesuela münasibətləri və onların perspektivlərini, çərçivəsində əməkdaşlığı müzakirə edilib.
Xarici işlər nazirlərinin görüşündə həmçinin Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalar, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər diqqət mərkəzində olub.