20 C
Baku
Saturday, November 8, 2025

Azərbaycan vətəndaşı olan 28 nəfər Almaniyadan geri qəbul edilib

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 8 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 28 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər