Təkcə cari ilin yanvar-oktyabr aylarında azərbaycanlılar Türkiyədə 911 daşınmaz əmlak obyekti satın alıblar.
Bu ilin 10 ayında 98 ölkədən olan 15086 nəfər Türkiyədə 21691 daşınmaz əmlak alıb.
Bu barədə Türkiyənin Çevrə və Şəhərlər Nazirliyi məlumat yayıb.
Xarici vətəndaşlar tərəfindən alınmış daşınmaz əmlakın 9888-i torpaq, 11803-ü isə tikinti-yaşayış obyektidir.
Türkiyədə mülk alanların ilk üçlüyündə Rusiya (3322 obyekt), Almaniya (2637 obyekt) və İngiltərə (2455 obyekt) vətəndaşları qərarlaşıblar.
Azərbaycan vətəndaşları Türkiyədə daşınmaz əmlak alanlar siyahısında 5-ci yeri tutublar. Cari ilin yanvar-oktyabr aylarında azərbaycanlılar Türkiyədə 911 daşınmaz əmlak obyekti satın alıblar.