17 C
Baku
Friday, October 18, 2024

Azərbaycan vətəndaşları hansı valyutaya etibar edir?

“İqtisadi təşəbbüslərə dəstək” İctimai Birliyinin eksperti Samir Əliyev bildirmişdir: “Azərbaycanda əcnəbi valyuta dedikdə ağıla ilk olaraq ABŞ dolları gəlir. Bu situasiya dünyanın bir çox ölkələrində müşahidə edilir. Dollar bütün parametrlərinə görə əcnəbi valyuta kimi Azərbaycanda lider mövqedədir. Bu əcnəbi valyutalar ilə edilən yatırımlara və kreditlərə də aiddir. Hətta vətəndaşlar daşınmaz əmlak alıb-satarkən ya dollar, ya da manatdan istifadə edir. Bu da o deməkdir ki, vətəndaşlarımız əcnəbi valyuta olaraq dollara üstünlük verir. Avroya gəldikdə isə onu deməliyəm ki, o dollar və rus rublundan sonra üçüncü pilləni tutur. Rus rublu isə Rusiyaya tez-tez gedən vətəndaşlar tərəfindən istifadə edilir. Avro isə adətən turistik məqsədlərlə istifadə edilir. Ölkə daxilində alış-satış əməliyyatlarında bu valyuta demək olar ki, istifadə edilmir. Lakin buna baxmayaraq Avropanın məhz bu valyutadan istifadə etməsi səbəbilə avroya etibar mövcudur.

Bununla yanaşı, son illər avro məzənnəsində qeyri-sabitlik mövcuddur. İlk olaraq valyutanın məzənnəsi qalxdı, sonra endi və daha sonradan yenə qalxdı. Məsələn, manatın məzənnəsi sabitdir və buna görə də ona daha çox üstünlük verilir. Bir sözlə desək, avroya etibar mövcud olsa da, dollara olan etibar qədər yüksək deyil.

Avropada da avro avropalılar tərəfindən siyasi dəstəyini itirməkdədir. 22 maydan 25 maya qədər Avropa İttifaqı ölkələrində Avropa parlamentinə səkkizinci seçki keçiriləcək. Bir çox proqnozlara görə, yeni Avropa parlamentinin tərkibinə ya Brüsselin səlahiyyətlərini məhdudlaşdırmaq, ya Avropa İttifaqının tamamilə aradan qaldırılması və milli dövlətlərə qayıdış tərəfdarı olan siyasətçilər daxil olacaq. Avro skeptiklərinin uğuru bir çox hallarda Aİ-də və zonanın vahid valyutası olan avroda baş verən iqtisadi sarsılmalar  ilə bağlıdır.

Avro da ABŞ dolları ilə yanaşı dünyanın ehtiyat valyutalarından biridir. 2014-cü ilin mayında Avropa parlamentində Avropa İttifaqı vətəndaşları avro skeptiklərə səs versə və Avropa parlamentinin fəaliyyətini dayandıra bilsə, sözügedən bu addım vahid valyutaya olan etibara ağır zərbə endirəcək. Avronun siyasi layihə olduğunu unutmaq lazım deyil və Avropa milli orqanlarına “yox” demək, vahid valyutaya da “yox” deməkdir.

Son xəbərlər
Digər xəbərlər