2022-ci ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Moskvada daşınmaz əmlakın qeydiyyatı və yenidən qeydiyyatı üçün müraciətlərin sayına görə TOP-10-a daxil olublar.
Banker.az xəbər verir ki, bunu RBK Rusiyanın “Rosreyestr”inə istinadən bildirir.
Azərbaycan vətəndaşlarının xüsusi çəkisi bütün müraciətlərin 2,8%-ni təşkil edib.
Bu göstərici üzrə birinci yerdə Kipr vətəndaşları qərarlaşıb – 16,4%. Daha sonra isə Belarus (10,3%) və Ukrayna (9,7%) vətəndaşları gəlir.
Ümumilikdə isə 5 ay ərzində xarici dövlətlərdən olan fiziki və hüquqi şəxlər əmlakın qeydiyyatına dair 6.903 müraciət ünvanlayıb. Bu, ötən ili ilə müqayisədə 8% azdır.