15 C
Baku
Thursday, March 13, 2025

Azərbaycan vətəndaşları Türkiyədən mənzil alışını 22% artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan vətəndaşları Türkiyədən 137 mənzil alıb.

Bu barədə Türkiyə Statistika İdarəsinin məlumatında bildirilir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,3% çoxdur.

Ötən ay Azərbaycan vətəndaşlarıTürkiyədən 87 mənzil alıb ki, bu da illik müqayisədə 45% artım deməkdir.

Qeyd edək ki, bu ilin ilk iki ayında əcnəbilər Türkiyədən 3 023 mənzil satın alıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər