10 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycan vətəndaşlarına Britaniya vizalarını hansı şirkət verəcək?

Viza müraciətləri həftənin beş günü qəbul ediləcək.

Sabahdan, martın 28-dən başlayaraq Teleperformance LLC Böyük Britaniya səfirliyinin Azərbaycanda Viza Müraciət Mərkəzinin idarəedilməsi ilə məşğul olacaq.

Britaniya səfirliyindən bildirilənə görə, Viza Müraciət Mərkəzinin iş saatlarında müəyyən dəyişiklik ediləcək.

Belə ki, iş müddəti bazar ertəsindən cümə gününədək davam edəcək.

Viza müraciətləri barədə qərar Böyük Britaniya Vizaları və İmmiqrasiya agentliyinin İstanbuldakı mərkəzi tərəfindən veriləcək. Müraciətlərə baxılma müddətinə heç bir dəyişiklik edilməyəcək (90% qeyri-məskunlaşma viza müraciətlərinə 15 iş günü və 95% məskunlaşma müraciətlərinə isə 12 həftə ərzində baxılacaq).

Qeyd edək ki, Bakıdakı Viza Müraciət Mərkəzi aşağıdakı ünvanda yerləşəcək: Xətai rayonu, Xocalı küçəsi 37, Dəmirçi Biznes mərkəzi, 3-cü mərtəbə.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.