2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Türkiyədə 702 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 109 obyekt daha çoxdur.
TurkicWorld bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.
Məlumata görə, 2022-ci ilin iyun ayında Azərbaycan vətəndaşları Türkiyədə 131 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin iyun ayı ilə müqayisədə 33 obyekt azdır.
2022-ci ilin iyun ayında Türkiyədə 150 min 509 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 11.7 faiz çoxdur. İyun ayında Türkiyədə əcnəbilərə 8 min 630 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 81.9 faiz çoxdur.