2022-ci ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 115 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 47 obyekt azdır.
TurkicWorld bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.
Məlumata görə,2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 988 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 32 obyekt azdır.
2022-ci ilin sentyabr ayında Türkiyədə 113 min 402 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 22.9 faiz azdır. Sentyabr ayında Türkiyədə əcnəbilərə 5 min 104 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 23.8 faiz azdır