Prezident İlham Əliyevin tapşırığı ilə AZAL aviaşirkəti Ukraynadakı hadisələrlə əlaqədar Vətənə qayıtmaq arzusunda olan həmvətənlərin daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirəcək.
Banker.az xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat Xidmətinin açıqlamasında deyilir.
⠀
Bildirilir ki, Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması ödənişsiz həyata keçirilir.
⠀
Martın 1-də AZAL artıq təxliyə reysi yerinə yetirib və 176 nəfər Azərbaycan vətəndaşı Vətənə qayıdıb.
⠀
Ukraynadan qonşu dövlətlərə köçmüş soydaşlarımızın təxliyəsi üçün Azərbaycan tərəfindən əlavə olaraq digər çarter reysləri də təşkil edilir. Belə ki, bu reyslərlə fevralın 28-də və martın 2-də 336 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.
⠀
Ukraynanı tərk edən Azərbaycan vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik missiyaları ilə əlaqə saxlaya bilərlər.