11 C
Baku
Monday, November 25, 2024

Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəkləri ölkələr – SİYAHI

Azərbaycan vətəndaşları hər gün müxtəlif ölkələrə ya işgüzar, ya da turist səfərləri edirlər.

Bəs, Azərbaycan vətəndaşları vizasız gediş-gəliş rejimi əsasında hansı xarici dövlətlərə səfər edə bilərlər?

Hazırda Türkiyə və İran tərəfindən birtərəfli qaydada Azərbaycanın ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində vizasız gediş-gəlişi rejimi tətbiq edilir. İran ərazisində Azərbaycan vətəndaşlarının vizasız yaşaması üçün qoyduğu müddət 15 gündür. Türkiyə isə vətəndaşlarımıza vizasız yaşamaq üçün 1 ay vaxt verir.

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanununa əsasən, hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, bəzi ölkələrlə Azərbaycan arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir.

I qrup üzrə Azərbaycan  və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları,  həmçinin belə şəxslərin onlarla birgə səfər edən, lakin şəxsi diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasporta malik olmayan ailə üzvləri – ər (arvad), oğul/qızları üçün (foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada müvafiq diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasporta qeyd edilməklə) aşağıdakı dövlətlərə vizasız gediş-gəliş əldə edə bilərlər:

İki ölkə ərazisində vizasız yaşamaq üçün icazə verilən müddət
 
Ölkənin adı – Vizasız rejim tətbiq edilən pasportların növü

Albaniya – Diplomatik və xidməti – 90 gün
Almaniya – Diplomatik – 90 gün
Argentina – Diplomatik, rəsmi və xidməti – 30 gün
Avstriya  – Diplomatik və xidməti – 90 gün
Belçika – Diplomatik – 90 gün
BƏƏ – Diplomatik, xidməti və xüsusi – 90 gün
Bolqarıstan – Diplomatik və xidməti – 90 gün
Bosniya və Herseqovina – Diplomatik, rəsmi və xidməti – 90 gün
Braziliya – Diplomatik, rəsmi və xidməti – 90 gün
Çin  – Diplomatik və xidməti – 30 gün
(Honq-Konq (Çinin xüsusi inzibati ərazisi) – Diplomatik və xidməti – 14 gün)

Çexiya – Diplomatik – 90 gün
Xorvatiya – Diplomatik və xidməti – 30 gün
Estoniya – Diplomatik – 90 gün
Finlandiya – Diplomatik – 90 gün
Fransa – Diplomatik – 90 gün
İndoneziya – Diplomatik və xidməti – 30 gün
İordaniya – Diplomatik və xidməti – 90 gün
İran – Diplomatik və xidməti – 1 ay
İspaniya – Diplomatik – 90 gün
İsrail (12.12.2014-cü il  tarixindən etibarən) – Diplomatik və xidməti – 90 gün
İsveç – Diplomatik – 90 gün
İtaliya – Diplomatik və xidməti – 90 gün
Kolumbiya – Diplomatik, rəsmi və xidməti – 90 gün
Koreya – Diplomatik, rəsmi və xidməti – 30 gün
Kipr – Diplomatik – 90 gün
Kuba – Diplomatik, rəsmi və xidməti – 90 gün
Küveyt – Diplomatik, xidməti və xüsusi – 90 gün
Latviya – Diplomatik – 90 gün
Litva – Diplomatik – 90 gün
Liviya – Diplomatik, xidməti və xüsusi – 90 gün
Lüksemburq – Diplomatik – 90 gün
Macarıstan – Diplomatik və xidməti – 90 gün
Malta – Diplomatik – 30 gün
Meksika – Diplomatik – 90 gün
Mərakeş – Diplomatik, rəsmi, xidməti və xüsusi – 90 gün
Monteneqro – Diplomatik və xidməti – 90 gün
Niderland – Diplomatik – 90 gün
Pakistan – Diplomatik və xidməti – 1 ay
Polşa – Diplomatik – 90 gün
Peru – Diplomatik, xidməti və xüsusi – 90 gün
Portuqaliya – Diplomatik,xidməti və xüsusi – 90 gün
Rumıniya – Diplomatik və xidməti – 90 gün
Serbiya – Diplomatik, xidməti və rəsmi – 90 gün
Slovakiya – Diplomatik və xidməti – 90 gün
Sloveniya – Diplomatik və xidməti – 90 gün
Suriya – Diplomatik, xidməti və xüsusi – 30 gün
Türkiyə – Diplomatik, xidməti və xüsusi – 90 gün
Türkmənistan – Diplomatik və xidməti – 30 gün
Yunanıstan – Diplomatik – 90 gün
Vyetnam – Diplomatik, xidməti və rəsmi – 1 ay
Uruqvay – Diplomatik, xidməti və rəsmi – 90 gün

II qrup üzrə isə Azərbaycanın və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta – o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar;

– həmçinin belə şəxslərlə birgə səfər edən, lakin şəxsi etibarlı pasporta malik olmayan, foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada onların pasportuna qeyd edilmiş vətəndaşlar;

– Azərbaycanın və ya müvafiq xarici ölkənin dövlət qurumları tərəfindən xüsusi olaraq vətəndaşlığı olmayan şəxslərə verilən, şəxsiyyəti təsdiq etməklə beynəlxalq sərhəd keçmə hüququ verən müvafiq sənədə malik vətəndaşlığı olmayan şəxslər;

– pasport itirildikdə, oğurlandıqda, yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə şəxslərə vətəndaşı olduğu və ya daimi yaşadığı ölkəsinə qısa müddət ərzində yalnız geri qayıtmaq üçün verilən müvəqqəti sərhəd keçmə sənədinə

– vətənə qayıdış şəhadətnaməsinə malik vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər aşağıdakı ölkələrə vizasız gediş-gəliş imkanından yararlana bilərlər:

İki ölkə ərazisində vizasız yaşamaq üçün icazə verilən müddət

Ölkənin adı

Belarus – 90 gün
Gürcüstan – 90 gün
Qazaxıstan – 90 gün
Qırğızıstan – 90 gün
5 Moldova – 90 gün

Özbəkistan – 90 gün
Rusiya – 90 gün
Tacikistan – 90 gün
Ukrayna – 90 gün

modern.az

Son xəbərlər
Digər xəbərlər