Azərbaycan 2022-ci ilin yanvar-fevral ayları ərzində aldığı vaksinin miqdarı və dəyəri açıqlanıb.
Banker.az-ın rəsmi mənbələrdən əldə etdiyi məlumata görə, 2022-ci ilin ilk iki ayında Azərbaycan xaricdən 6.38 ton həcmində vaksin alıb.
Beləliklə, Azərbaycan insanlar üçün nəzərdə tutulan 33.69 milyon dollarlıq vaksin alıb.
İdxal olunmuş vaksinin 22 milyon dolları Çindəndir ki, bunun da miqdarı 1.12 ton təşkil edir. İkinci sırada isə Belçikadır. Oradan 6.62 mln. dollar, yaxud 1.96 ton həcmində vaksin alınıb.
Digər sıralarda Almaniya, Hindistan, Fransa və Rusiya dayanır.
Ölkə | Miqdar, ton | Həcm, min dollar |
Çin | 1.12 | 22,001.49 |
Belçika | 1.96 | 6,620.17 |
Almaniya | 0.5 | 4,147.98 |
Hindistan | 1.83 | 584.23 |
Fransa | 0.87 | 323.61 |
Bolqarıstan | 0.09 | 16.80 |
Rusiya | 0.01 | 0.92 |
CƏMİ | 6.38 | 33695.2 |