6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan valyuta ehtiyatlarında qızılın payına görə qlobal reytinqdə 55-ci yeri tutur

Ümumdünya Qızıl Şurası (World Gold Council) valyuta ehtiyatlarında qızılın payına görə ölkələrin oktyabr reytinqini açıqlayıb.

APA sənədə istinadən xəbər verir ki, Azərbaycan siyahıda 55-ci yerdə qərarlaşıb. Belə ki, ölkəmizin valyuta ehtiyatlarında qızılın payı 18,1% və ya 30,2 ton təşkil edib.

Reytinqə 8 135,5 tonluq qızıl ehtiyatı ilə ABŞ liderlik edir. İkinci yerdə isə Almaniya qərarlaşıb. Belə ki, adıçəkilən ölkənin 3 378,2 min ton ehtiyatı var.

Postsovet ölkələrinə gəldikdə, 1 526,1 ton ehtiyata malik olan Rusiya 7-ci yerdə qərarlaşıb. Şimal qonşumuz MDB ölkələri arasında liderdir. 244 ton ehtiyatı olan Qazaxıstan isə 21-ci yeri tutur. Belarus bizi qabaqlamağı bacarıb – 48-ci yerdə qərarlaşan ölkənin 40,5 ton qızıl ehtiyatı var.

Son xəbərlər
Digər xəbərlər