15 C
Baku
Friday, April 26, 2024

Azərbaycan valyuta ehtiyatlarının azalmasına görə ikincidir

Azərbaycan öz qızıl-valyuta ehtiyatlarının azalmasına görə MDB ölkələri arasında ikinci yerdədir.

Banker.azın Virtualaz.org istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın “Kursiv” qəzeti məlumat yayıb.

“Kursiv Research” analitik qrupunun təhlilində deyilir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci ilin yanvar-sentyabr ayları ərzində öz qızıl-valyuta ehtiyatlarının 6,74 milyard dollarından istifadə edib. Bu da ümumi ehtiyatların 49,01 faizi deməkdir: “Ölkəniz qızıl-valyuta ehtiyatlarının azalması neftin ucuzlaşması ilə bağlıdır. AMB manatın dollara nisbətdə əlverişli məzənnəsini qoruyub saxlamaq üçün valyuta bazarına müdaxilə edib, bu zaman ehtiyatlarından istifadə etməli olub”.

Məqalədə deyilir ki, Azərbaycanın qızıl-valyuta ehtiyatlarının sürətlə azalması prosesi cari ilin III rübündə dayandırılıb. Sentyabrın sonuna olan məlumata görə, AMB-nin sərəncamında olan qızıl-valyuta ehtiyatlarının həcmi 7014,7 milyon dollar təşkil edir. Ölkənin strateji valyuta ehtiyatlarının həcmi isə 42 milyard dollardan artıqdır.

O da bildirilir ki, MDB ölkələri arasında qızıl-valyuta ehtiyatlarının həcminə görə birinci yeri Rusiya tutur – 371,27 milyard dollar. Daha sonra 27,39 milyard dollarla Qazaxıstan gəlir. Ukraynanın 12,77 milyard , Qırğızıstan 1,7, Moldova isə 1,77 milyard dollarla sonuncu yerləri tuturlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər