15 C
Baku
Friday, April 26, 2024

Azərbaycan vergi sistemində bu il də bir sıra mütərəqqi yeniliklər var

Müsahıbimiz Qafqaz Universitetinin maliyyə kafedrasının müdir əvəzi Elçin Süleymanovdur.

Qısa arayış. Elçin Süleymanov 1996. ildə İzmir Dokuz Eylul Universiteti Maliyyə ixtisasini bitirmişdir.1996 çı ildən etibarən iqtisadiyyat və maliyyə sahəsində mühazirələr oxuyur.1999 ildən Qafqaz universitetində “Vergi huququ və tətbiqi” fənnini tədris edir. 2004. ildə n “Journal of Qafqaz University” nin  nəşr redaktoru və 2013 ildən Maliyyə kafedrasının müdir əvəzidir.Həmmüəllif olduğu 5 kitab və yarısından çoxu ondan çox xarici ölkədə çıxan elmi jurnal və beynəlxalq konfransların nəşri olan 60 a yaxın məqalənin müəllifidi.

Beynəlxalq indexcopernicus şəbəkəsinin,  Nyu York Elmlər Akademiyasının, World Economics Associationunun, SSRN-nin və World Academy of Science, Engineering and Technology-nin uzvüdür. Altmışdan çox məqaləsi bu şəbəkələrə daxil edilmişdir. Social and Human Sciences, World Academy of Science, Engineering and Technology və World Research Journal of Financial Economics and Stochastics Scientific Committee və Editorial Review Board üzvüdür. Harvard University, Korea University, Chicago Booth, European Corporate Governance Institute və Stanford Law School tərəfindən qurulan və dünyanın ən məşhur tədqiqat mərkəzi olan SSRN reytinqinə görə ictimai elmlər üzrə tədqiqatçılar arasında “Top 30 000 tədqiqatçı” içində ilk yüzlükdə qərarlaşıb. Bu göstəricilərə görə müxtəlif xarici ölkələrdə keçirilən iyirmidən çox beynəlxalq konfransa xüsusi dəvətli mühazirəçi olaraq dəvət edilmiş və eyni zamanda beynəlxalq elmi jurnalların ekspert heyətinə daxil edilmişdir.Həmmuəllifi oldugu 5 məqalə iqtisadiyyat uzrə dunyanın məşhur bazalarından olan EconPaper, RePEc ve University Library of Munich, Germany MPRA Paper bazalarına daxil edilmişdir.Bu bazaların və Rusyanin socionet.ru bazasının reytinqinə görə ilk yüzlükdə yer almaqdadır.Azərbaycan və xarici ölkələrdə bir çox təlim və seminarlarda iştirak edmişdir.  Azərbaycan Respublikası Maliyyə Nazirliyi Tədris mərkəzi və NEXİA international şirkətinin “Büdcə Təşkilatları Maliyyə Xidmət Rəhbərlərinə “Vergi və Biznes Huququ” təlimi” layihəsi çərçivəsində on beş həftəlik əsas təlimçi olmuşdur. İngilis, türk, rus, alman dillərini bilir.

Elçin müəllim üzun müddətdir “vergi huququ və tətbiqi” mövzusunda mühazirələr oxuyursunuz.Umumiyyətlə Azərbaycanın vergi sisteminin formalaşması haqqında qısaca nə deyə bilərsiz.

– vergi mövzusu insanlıq tarixi qədər qədim və əhəmiyyətli bir mövzu olsa da, tarixi inkişaf forması cəmiyyət və iqtisadi sistemlərə görə müxtəlif olmuşdur. Azərbaycanda bütün dövrlərdə müxtəlif yönümlü dini , milli , çografi baxımdan müxtəlif vergi və rüsumlar yığılmışdır və bu vəsaitlər dövlət büdcəsinin əsas maliyyə mənbəyi olmuşdur. Ama Sovet ittifaqı tərkibində özəl mülkiyyətin ləgv oluunması və bütün mülkiyyətin dövlət tərəfindən sahiblənilməsi vergi mövzusunu akkyuallıqdan çıxartmış və vergi simvoluk xarakter daşımışdı. Azərbaycan müstəqillik əldə etdikdən sonar ilk atddığı addımlar  vergilərin müəyyənləşdirilməsi və vergi sisteminin  qurulması olmuşdur. Bazar iqtisadiyyatına keçid şəraitində məqsədyönlü və ardıcıl iqtisadi siyasətin həyata keçirilməsində, ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında Vergi Sisteminin rolu inkar edilməz . Ölkə iqtisadiyyatında bazar münasibətlərinə keçidlə əlaqədar  dövlət büdcəsinin mədaxil hissəsinin formalaşmasında vergilərin rolunun artması ilə bağlı olaraq, yeni iqtisadi münasibətlər şəraitində prinsipial cəhətcə yeni vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə  daxil olan Vergilərin və digər icbari ödənişlərin tam və vaxtında toplanılması, hüquqi və fiziki şəxslər tərəfindən Vergi qanunvericiliyinə riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə 1990-cı ilin iyul ayında Respublika Maliyyə Nazirliyinin tərkibində yaradılmışdır. Sonradan, 1991-ci ilin oktyabrında Vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədi ilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılmış və Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlamışdır.Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilmiş, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Vergilər Nazirliyi yaradılmışdır. 11.07.2000 ildə “Vergi Məcəlləsi”  qəbul edlərək bu sistemin qanunvericilik bazası formalaşdırılmışdır.

Ümumiyyətlə Vergi Sistemi dünyanın qabaqcıl ölkələrinə uygundurmu.

Bilirsiz hər bir ölkənin vergi sistemi özunün iqtisadi sisteminə görə özünəməxsusluğu var.Təbii ki müxtəlif uygunluq və yaxınlıq vacibdir.Azərbaycan da ilk müstəqillik illərindən Qarabağ müharibəsinin mənfi təsirlərinə baxmayaraq özünün vergi sistemini sürətlə qurdu və ildən ilə təkmilləşdirdi.İlk illərdə rayon vergi idarələrinin effektiv olmamasından dolayı regional və Bakı Şəhərində 3 ərazi vergi idarəsi quruldu və kadrlar ixtisar edildi və yeniləşdirildi.Ama ildən ilə ölkənin iqtisadi potensialı inkişaf etdikcə yenidən vergi xidmət sferası daha da genişləndirilir və əməkdaşların sayı artırılır.Mən deyərdim ki elmi texniki imkanlardan Azərbaycanda ən operativ yararlanan qurumların başında “Vergilər Nazirliyi” durur.Elektron qeydiyyat və vergi ödəmə sistemi və vergilər Nazirliyinin diğər electron xidmətləri dünya standartlarına uygundur.Bu system və eyni zamanda “Vergi məcəlləsi “hər il daha da təkmil olur.

Son illərdə ən əhəmiyyətl reformlar sizcə hansılardır.

Məncə elektron vergi sisteminin tətbiqi, nəzarət kassa aparatlarinin kütləvi tətbiqinə nail olunması,  “bir pəncərə “sistemi və s. bir çox yeniliklər alqışa layiq reformlardır. Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin sayı artırılaraq 51-ə çatdırılmışdır.Vergilər Nazirliyinin 195 Çağrı Mərkəz aktiv xidmət etməkdədir. 2013-cü ildə elektron hökumət proqramı çərçivəsində həyata keçirilən layihələrin davamı olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət üzrə Dövlət Agentliyi (ASAN Xidmət) ilə birlikdə “Asan imza” layihəsinin reallaşdırılmasına, 2013-cü ildən isə elektron və mobil imzaların tətbiqi məqsədilə Vergilər Nazirliyinin Sertifikat Xidməti Mərkəzi fəaliyyətə başlamışdır.Eyni zamanda vergi mütəxəssislərinin test imtahanıyla işə qəbul edilməsi və bu sistemə çox istedadlı və bacarıqlı olanların seçildikdən sonar müxtəlif təlim və tədris sonrası işə başlaması müsbət addımlardır.Çünki insane kapitalı hər bir qurum üçün ən vacib amilllərən birincisidir.

Elçin müəllim son illərdə vergi sistemində hansı dəyişiklər sizcə Azərbaycanın iqtisadi inkişafına tövhə verəcəkdir.

Onu qeyd etmək lazımdır ki,  2014 çü ilin büdcəsində vergilərin həcmi təxminən yeddi milyard manat civarıdır. İyirmi milyarddıq bir büdcədə neft fondu transferlərindən sonra və müstəqillikdən bu yana  bu ən böyük məbləğdir.Təbii ki arzu edilən dünyanın inkişaf etmiş ölkələrindəki kimi dövlət büdəsinin neft fondu transferdləri olmadan 70-80 faizinin vergilərlə formalaşmasıdır. Bunun üçün qeyri neft sektorunun inkişafı vacib məsələlərdən biridir.Son illərdə vergi sistemindəki reformlar bu istiqamətlidir. Xüsusi ilə kənd təsərrüfatı sahələrinin vergilərdən azad olmasının illərlə davam etdirilməsi , son illərdə bu siyahıya Texnoparkların da daxil edilməsi təqdirə layiqdir. Eyni zamanda təhsil sektorunun və uşaq baxçalarının da vergidən azad edilməsi ölkənin təhsil və təhsilə hazırlıq sistemi üçün əhəmiyyətli müsbət effekti verəcəkdir.Vergi güzəştlərinin təkmilləşdirilməsi də müsbət addımlardan sayıla bilər.Demək olar ki vergi dərəcələri müntəzəm olaraq azaldılır və güzəştlər artırılır.Buna rağmən neft gəlirlərinin qeyri neft sektoruna axması və ölkədəki münbit sahibkarlıq mühiti vergi yığımlarını hər il daha da artırır.Hətta bütün dünyanı cənginə alan Qlobal Maliyyə böhranı Azərbaycanda vergi yığımlarına o qədər də mənfi təsir göstərmədi.

Bu il vergi sistemindəki hansı dəyişikliklər vergi ödəyicilərinə müsbət mənadə təsir edəcək.

-Bu ilin yanvar ayından xüsusi ilə əmək haqqı aşağı olan kateqoriyada fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 250 manata qədərsə (bu rəqəm daha əvvəl 200 manat idi) əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 misli, yəni 136 manat azaldılaraq sonra  vergi hesablanır.Yəni bu ildən həm güzəşt kateqoriyasında aylıq gəlir 200 manatdan 250 manataq qaldırıldı , həm də keçən ilki 125 manatlıq əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumu 136 manata qaldırıldı. Xüsusi ilə bu maaşı 250 manataq qədər olan böyük bir qrupun maaşına  20 manata yaxın bir  güzəşt deməkdir.Eyni zamanda keçən ilki təhsil sahəsinin ƏDV dən azad olması sferasına məktəbəqədər təhsil muəsisələrinin də daxil edilməsi mutərəqqi addımdır.Çünki Azərbaycanda bu sahə hələlik rentabelli sahələrdən sayilmir ama ölkə ucun stratejik əhəmiyyət daşiyan bir məsələdir.

 Sizcə ölkənin vergi sisteminin daha da inkaşafı üçün daha hansı addımlar atılmalıdır.

  Burada ən əhəmiyyətli nüans vergi ödəyicilərinə verginin zəruriliyini və vətəndaşlıq borcu olduğunu inandırmaq lazımdır.ABŞ prezidentlərindən Linkolnun məşhur bir ifadəsi var ”vergiləri yox ,vergi ödəyicilərinin sayını artırın!” deyə . Həqiqətən də vergi ödəyicilərinin sayının artırılması çox əhəmiyyətlidir. Ödənilən vergilərin insanların rifahına müsbət təsiri önə çəkilməli və maarifləndirmə işləri daha da artırılmalıdır.Eyni zamanda kölgə iqtisadiyyatına qarşı mübarizə aparılmalı və vergi yükünü daha geniş kütlələrə yayılmalıdır. Xüsusi ilə şou biznes və iri ticarət mərkəzlərinin vergiləndirmə  dövriyyələrinə ciddi nəzarət edilməlidir.Vergi ödəyiciləri arasında müsbət mənadə rəqabəti təbliğ etmək məqsədi ilə hər vergi idarəsi və respublika üzrə vergi rekortmenlərini öz razılıqları ilə KİV lərdə elan etmək və onların mükafatlandırılması müsbət effekt verəbilərdi.Eyni zamanda Azərbaycanda sabit olan  mənfəət vergisi dərəcəsi bəzi inkişaf etmiş ölkələrdəki kimi mənfəət artdıqca azaldılabilər.Bu ilk başda qəribə görünsə də bir çox ölkədə effektivliyini göstərmişdi.Misal üçün şirkət 10 000 manat mənfəət edincə 20 faiz ondan çox mənfəət əldə edincə 18 faiz olunca daha çox mənfəət əldə edərək daha az vergi dərəcəsi ödəmək bir stimul olabilər və bundan qazanan dövlət olar.Bir başqa təklif Türkiyədə kütləvi tətbiq olunan bütün vergi ödəyicilərinin vergi lövhəsinin hərkəsin görəbiləcəyi yerlərdə asılması  məcburiyyətidir. Beləliklə insanlar xidmətindən istifadə etdiyi obyektin qeydiyyatı olub olmadığını və umumiyyətlə hər il nə qədər vergi ödədiyini görmüş olurlar. Azad iqtisadi zonaların yaradilması və yuksək rentabelli bilik tutumlu sahələrin muəyyən il vergilərdən azad edilməsi vacibdir.  Vergi inzibatçılığının təşkili və həyata keçirilməsi zamanı qanun qarşısında bərabərlik, şəffaflıq, vergi öhdəliklərinin könüllü yerinə yetirilməsi, hüquqların qorunması, səmərəlilik prinsipləri əsasında həyata keçirilməlidir. Eyni zamanda başqa diğər inkaşaf etmiş ölkələrin təcrübələrindən istifadə edilə bilər.

Təşəkkur edrik.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər