9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) ilin ilk yarısında 17 mln. manata yaxın zərər edib

Dövlətə məxsus “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2024-cü ilin birinci yarısı üzrə 16.88 milyon manatlıq xalis zərər açıqlayıb. Bu isə keçən ilin müvafiq dövründə qeydə alınan 18.72 milyon manatlıq xalis mənfəətdən kəskin şəkildə fərqlənir.

Banker.az bu barədə şirkətin illik maliyyə hesabatına istinadən xəbər verir.

Şirkət bu dövrdə 202.05 milyon manat gəlir əldə edib ki, bu da keçən ilin müvafiq dövründə qeydə alınan 277.69 milyon manatla müqayisədə 27.2% azalma deməkdir.

Satışların maya dəyəri ilə bağlı xərclər də nəzərə alınaraq, ümumi mənfəət bu ilin iyun ayına qədər 34.39 milyon manat təşkil edib, keçən il isə bu rəqəm 91.82 milyon manat idi. Bu, 62.5%-lik əhəmiyyətli bir azalmadır.

Ümumi və inzibati xərclər 28.06 milyon manat, sosial xərclər isə 1.94 milyon manat təşkil edib. Əməliyyatı isə 18.67 milyon manat zərərə enib. Digər əməliyyat gəlirləri 23.51 milyon manat olsa da, digər əməliyyat xərcləri 45.96 milyon manata çatıb ki, bu da əməliyyat zərərinin əsas səbəblərindən biridir.

Maliyyə xərcləri 6.75 milyon manat olub.

Bununla belə, 1 iyul 2024-cü il tarixində 618.41 mln. manat illərin yığılmış mənfəəti var.

4re43

Son xəbərlər
Digər xəbərlər