3 C
Baku
Saturday, December 14, 2024

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə məxsus şirkətlərin rəhbərləri dəyişdi – TƏYİNATLAR

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) törəmə şirkətinin rəhbəri dəyişib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, Sabir Hüseynov Həsən oğlu “ASCO Nəqliyyat” MMC-nin baş icraçı direktoru təyin edilib.

O, bu vəzifədə Oqtay İsmayılzadə Kamal oğlunu əvəzləyib.

“ASCO Nəqliyyat” MMC 2018-ci ildə yaradılıb və onun 6 276 399 manat nizamnamə kapitalı var.

Sabir Hüseynov buna qədər “ASCO Mühafizə” MMC-nin rəhbəri idi. “ASCO Mühafizə”yə isə İlham Bəşirov İslam oğlu rəhbər təyin edilib.

 

Son xəbərlər
Digər xəbərlər