“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədrinə müşavir təyin edilib.
Banker.az xəbər verir ki, Kamil Bektaşi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədrinə müşavir təyin olunub.
Kamil Bektaşi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Təchizat Zəncirinin İdarəolunması departamentinin direktoru olub.
O, 2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb.






