İran təqvimin ilk 6 ayında (21 mart-22 sentyabr) bu ölkə Azərbaycana ümumi dəyəri 363,02 milyon ABŞ dolları olan məhsul ixrac edib.
Bu barədə İran İslam Respublikasının Gömrük İdarəsinin (ICA) məlumatında deyilir.
ICA bildirib ki, Azərbaycan Xəzəryanı ölkələr arasında İranın ixracat istiqamətləri siyahısına başçılıq edir.
Bu, daha əvvəlki ilin 21 mart-22 sentyabr tarixi ilə müqayisədə 72 % çoxdur.
Həmçinin, İran bu müddətdə Azərbaycandan 19,04 milyon ABŞ dolları dəyərində mal və məhsul idxal edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19 % azalıb.
Qeyd edək ki, İran mallarının Xəzər regionunda növbəti ixrac istiqamətləri Rusiya, Türkmənistan və Qazaxıstandır.