12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan xalçaları İsveç bazarında satışa çıxarıldı [fotolar]

İsveçin paytaxtı Stokholmda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin istehsalı olan məhsulların satışını həyata keçirən mağaza açılıb.
Stokholmun Viksjö rayonunun ticarət mərkəzində “Azerbajdzjanska mattor” adı ilə yeni fəaliyyətə başlayan mağaza artıq yerli ictimaiyyətin marağına səbəb olub.

Bu barədə AzərTAc-ın müxbirinə məlumat verən mağazanın sahibi Əbülfəz Seyidov deyib ki, İsveçdə Azərbaycan xalçalarının satışını həyata keçirmək üçün mağaza açmaq fikri onun ailəsinə məxsusdur. Buna görə də ona məxsus “NGK-AZE” şirkəti Azərbaycan xalçalarının İsveçə idxalı üçün “Azərxalça”ya müraciət edib. Bundan sonra sahibkarın verdiyi təklif “Azərxalça” tərəfindən müsbət dəyərləndirilib və həmin şirkətin “Azərxalça”nın İsveçdəki distribüteri olması ilə bağlı razılıq əldə olunub.

15497 3099571970

Sahibkar bildirib ki, fəaliyyətə başlayan yeni mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə qrupları üzrə müxtəlifölçülü xalçalar satışa çıxarılıb. Bundan başqa müştərilərə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin kataloqundan istənilən xalçaları seçmək imkanı da yaradılıb.

15497 4649357958

“Bu mağazanın açılışı həm azərbaycanlı ustaların əl işlərinin, həm də ölkəmizin mədəniyyətinin və tarixinin İsveçdə daha da tanıdılmasına kömək edəcəkdir”, – deyə Əbülfəz Seyidov vurğulayıb.

15497 1549785985

Son xəbərlər
Digər xəbərlər