12 C
Baku
Monday, November 18, 2024

Azərbaycan xam pambıq yağının ixracını kəskin azaldıb

Azərbaycan 2022-ci ildə pambıq yağı ixracını azaldıb.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2022-ci ildə Azərbaycanda xaricə 1 078 ton həcmində xam pambıq yağı ixrac edib ki, bunun da ixrac dəyəri $1.113 mln. təşkil edib. Öncəki ildə ixracın 4 970 ton olduğunu ($4.530 mln.) nəzərə alsaq ixracın 78% azalması deməkdir.

Pambıq yağının 780 tonu, yaxud 786.5 min ABŞ dolları Tacikistana, 298 tonu, yaxud            326.87 min ABŞ dolları Türkiyəyə satılıb.

2021-ci ildə, 55 tonu (49 min dolları) Qırğızıstana, 3139 tonu (2 mln. 907.8 min dollar) Tacikistana, 1 775 tonu (1 mln. 573 min dolları) Türkiyəyə ixrac olunmuşdu.

Son xəbərlər
Digər xəbərlər