Azərbaycan 2023-cüilin ilk üç rübü ərzində xaricə 20 milyard 420.6 milyon kub-metr həcmində təbii qaz ixrac edib.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.
Xaricə ixrac edilən təbii qazın həcmi illik müqayisədə 23 faiz artımdır.
Hesabat müddəti ərzində ölkəyə ixrac edilmiş təbii qaza görə 11 milyard 409.53 milyon ABŞ dolları həcmində valyuta daxil olub. Yanacağın nəqlindən ötən ilin müvafiq dövründə 12 milyard 102.52 milyon dollar həcmində valyuta daxil olmuşdu.
Mavi yanacaqdan gəlirlərin azalmasının səbəbi cari ildə hər min kub-metrinin öncəki ildə 731 dollar olduğu halda, cari ildə ortalama 559 dollara düşməsidir.
2022-ci ildə təbii qazın qiyməti Rusiya-Ukrayna müharibəsi fonunda Niderland qaz habında hər min kub metr üçün 3 600 ABŞ dollarına qədər çatmışdı. Sonradan qiymətlər azalmağa başlayıb.