2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan 41 milyon 169 min dollar dəyərində 65 419 ton alma ixrac olunub.
Banker.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.
2022-ci ilin 10 ayında Azərbaycandan 33 milyon 246 min dollar dəyərində 51 679 ton alma ixrac olunmuşdu. Beləliklə, alma ixracı dəyər ifadəsilə 24%, miqdar ifadəsilə 27% artıb.
Bir ton almanın orta ixrac qiyməti illik müqayisədə 643 dollardan 629 dollara düşüb.