Azərbaycanın xarici nar satışı kəskin azalıb.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Komitənin hesabatına əsasən, bu ilin ilk 9 ayında xaricə $3 mln. 728.01 min dəyərində 2 372.94 ton nar satılıb. Bu göstəricilər ötən ilin ilk 9 ayı ilə müqayisədə dəyər ifadəsində 1.9 dəfə, miqdar ifadəsində isə 2 dəfə azdır.