2023-cü ilin yanvar-mart aylarında Azərbaycandan 7 milyon 591 min dollar dəyərində 5 832 ton nar ixrac olunub.
Banker.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.
2022-ci ilin eyni dövründə Azərbaycandan 2 milyon 198 min dollar dəyərində 1 416 ton nar ixrac olunmuşdu. Beləliklə, nar ixracı dəyər ifadəsilə 3.5 dəfə, miqdar ifadəsilə 4 dəfə artıb.
Bir ton narın orta ixrac qiyməti 2022-ci ilin 3 ayında 1552 dollar ikən, 2023-cü ilin müvafiq ayında 1302 dollar olub.