9 C
Baku
Friday, December 13, 2024

Azərbaycan xaricə ‘qara kürünü’ neçəyə satır? – Qiymət və alıcı ölkələr

Azərbaycan xaricə 140 kq həcmində  qızıl qiymətində olan nərə bağlığı kürüsü və ya “qara ikra” (caviar osetra) ixrac edib. Bu 2019-cu ildə qeydə alınıb.

Banker.az xəbər verir ki, ölkədən xaricə ixrac olunan bu məhsul üzrə ölkəyə cəmi $148,910 dollar dəyərində vəsait daxil olub.

Satılan hər kiloqramı ortalama Azərbaycana $1,063 (ixrac müddətindəki məzənnə ilə 1,807 manat) başa gəlib.  AzStatKom-un rəqəmlərinə görə, 2018-ci ildə ölkədə bu kodda 40 kq həcmində cəmi məhsul ixrac olunsa da, əvəzində $63 600 valyuta ölkəyə daxil olmuşdu. Bu isə öncəki ildə hər kq üzrə $1,590 ortalama dəyər təşkil edib.

Göründüyü kimi, kəmiyyət artıqlığından sonra dəyəri təqribən 50% ortalama kiloqram üzrə ucuzlaşmışdır.

İdxalda isə nərə balığı kürüsünün həcmi daha çox təşkil edib və eləcə də kq üzrə dəyəri daha az, yəni, 10% ucuzlaşıb. Belə ki, 2019-cu il ərzində Azərbaycana 3,640 kq həcmində bu məhsulun gətirilməsi baş tutub, bu da, $1,116,110 idxal dəyəri deməkdir. İdxalın hər kq üzrə ortalama dəyəri $307 olub, lakin, öncəki il üzrə hər kq üzrə dəyəri $341 idi.

Öncəki il 1,810 kq həcmində idxal olunan bu kodda məhsulun idxal dəyəri $617,520 idi.

Kürümüzü kimlər alıb?

Capture copy
DSK

Bildirmək istərdik ki, bu növ məhsul istehsalı Xəzərin sahilində olan İran, Azərbaycan, Türkəminstan və Rusiyada istehsal olunmaqdadır. Bir çox ölkələrin istehlak bazarında  qiyməti 3,000 – 10, 000 $/kq dəyərində qiymətlə ticarət olunur.

Son xəbərlər
Digər xəbərlər