2022-ci ildə Azərbaycan qaz hasilatını 6.5% artırıb. Hasil edilmiş 46.7 mlrd.m3 qazın 22.3 mlrd.m3-i ixrac olunub.
Banker.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz rəsmi Twitter hesabında yazıb.
Nazir qeyd edib ki, yanvar-dekabr aylarında qaz ixracı 18% artıb.
Avropaya 11.4 mlrd.m3, Türkiyəyə 8.4 mlrd.m3, Gürcüstana isə 2.5 mlrd.m3 qaz ixrac olunub.
P.Şahbazov əlavə edib ki, bu dövrdə TANAP Türkiyəni 5.6 mlrd.m3 qazla təchiz edib.