2021-ci ildə Avropaya ixrac edilmiş 8.2 mlrd.m3 qaz həcmlərinə, cari ilin 9 ayı ərzində nail olunub.
Banker.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, yanvar-sentyabr aylarında Avropaya 8.3 mlrd.m3 qaz tədarük edilib. Türkiyəyə 6.1 mlrd.m3, Gürcüstana isə 1.9 mlrd.m3 qaz ixrac olunub.
Bu dövrdə qaz ixracı 22.6% artaraq 16.3 mlrd.m3-a çatıb.