Azərbaycanın emal etdiyi pambıq məhsullarının ixracından gəlirləri 23.41 milyon dollara çatıb.
Banker.az xəbər verir ki, bu barədə 2021-ci ilin yanvar-iyun ayları üçün olan statistikada deyilir.
Pambıq məhsullarından valyuta daxilolmasının həcmi 2.35 dəfə artım deməkdir.
İxrac edilmiş pambığın həcmi 8 353 ton olmuşdur. Bu 2020-ci ildə 4 680.76 ton idi.