2020-ci ilin yanvar-may aylarında Azərbaycana 151 milyon 501 min dollar dəyərində 9 min 796 ton əczaçılıq məhsulları idxal olunub.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.
2019-cu ilin yanvar-may aylarında Azərbaycana 113 milyon 906 min dollar dəyərində 5 min 857 ton əczaçılıq məhsulu gətirilmişdi.
Beləliklə, cari ilin 5 ayı ərzində illik müqayisədə sözügedən məhsulların ölkəyə idxalı miqdar ifadəsində 67%, dəyər ifadəsində 33% artıb.