2020-ci ilin yanvar-aprel aylarında Azərbaycana 123 milyon 710 min dollar dəyərində 7 min 732,65 ton əczaçılıq məhsulları idxal olunub.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.
2019-cu ilin yanvar-aprel aylarında Azərbaycana 85 milyon 745 min dollar dəyərində 4 min 493,04 ton əczaçılıq məhsulu gətirilmişdi.
Beləliklə, cari ilin 4 ayı ərzində illik müqayisədə sözügedən məhsulların ölkəyə idxalı miqdar ifadəsində 44,3%, dəyər ifadəsində 72% artıb.