2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricdən ümumilikdə 8 344 475.16 min dollar dəyərində mal idxal edib ki, bunun da 15.8%-i, yəni 1 321 201.73 min dolları yeyinti məhsullarının idxalına sərf olunub.
Banker.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən ən çox idxal olunmuş yeyinti məhsullarının siyahısını təqdim edir:
| Yeyinti məhsulları | Miqdar, ton | Statistik dəyər,
min ABŞ dolları |
| Buğda | 689 657.21 | 182 729.02 |
| Meyvə-tərəvəz | 261 979.10 | 150 130.58 |
| Bitki və heyvan mənşəli piylər və yağlar | 111 160.61 | 155 514.16 |
| Düyü | 35 939.17 | 26 280.36 |
| Ət | 28 102.72 | 48 093.00 |
| Qarğıdalı | 19 660.45 | 8 982.50 |
| Arpa | 14 757.19 | 3 261.48 |
| Kərə yağı və süddən hazırlanmış digər yağlar | 11 237.22 | 57 466.40 |
| Çay | 10 880.25 | 47 049.90 |
| Süd | 7 044.34 | 9 791.47 |








