2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricdən ümumilikdə 10 milyard 293 milyon dollar dəyərində mal idxal edib ki, bunun da 15.7%-i, yəni 1 milyard 614 milyon dolları yeyinti məhsullarının idxalına sərf olunub.
Banker.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən ən çox idxal olunmuş yeyinti məhsullarının siyahısını təqdim edir:
Siyahıda 1-ci yerdə 744 200 ton olmaqla buğda, 259 057 ton olmaqla meyvə-tərəvəz, 112 913 ton olmaqla isə bitki və heyvan mənşəli piylər və yağlar təşkil edir. Digər yerlərdə düyü, qarğıdalı, ət, kərə yağı, çay, süd, arpa yer tutur.
| Yeyinti məhsulları | Miqdar, ton | Statistik dəyər,min ABŞ dolları |
| Buğda | 744 200.35 | 262 066.40 |
| Meyvə-tərəvəz | 259 057.49 | 164 611.98 |
| Bitki və heyvan mənşəli piylər və yağlar | 112 913.08 | 198 316.09 |
| Düyü | 43 042.79 | 36 388.96 |
| Qarğıdalı | 57 903.93 | 19 970.59 |
| Ət | 28 919.26 | 51 921.91 |
| Kərə yağı və süddən hazırlanmış digər yağlar | 14 026.95 | 80 960.57 |
| Çay | 10 827.36 | 55 409.36 |
| Süd | 7 382.02 | 12 982.17 |
| Arpa | 873.60 | 371.18 |







