Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 48 milyon 93 min ABŞ dolları dəyərində 28 min 103 ton ət idxal edib.
Dövlət Gömrük Komitəsinin aylıq statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12 milyon 292 min ABŞ dolları (20.4%) və 5 min 540 ton (16.5% ) azdır.
Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0.58 %-ini təşkil edib.