2023-cü ildə Azərbaycana 303 milyon 983 min dollar dəyərində 1 milyon 175 min ton buğda idxal olunub.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə buğda idxalı dəyər ifadəsində 30.4%, miqdar ifadəsində 9% azalıb.
Belə ki, 2022-ci ildə Azərbaycana 436 milyon 551 min dollar dəyərində 1 milyon 293 min ton buğda idxal olunmuşdu.
1 ton buğdanın orta idxal dəyəri 338 dollardan 259 dollara düşüb. Beləliklə, ötən il Azərbaycana buğdanın bir tonu təxminən 79 dollar daha ucuz idxal olunub.