Bu ilin yanvar-mart aylarında Azərbaycan 19 milyon 172 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 1 milyon 22 min ABŞ dolları və ya 5.1% azdır.
Hesabat dövründə mebel və onun ehtiyat hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 0.8%-ni təşkil edib.