17 C
Baku
Sunday, May 5, 2024

Azərbaycan xaricdən $239 milyonluq smartfon alıb – İdxal kəskin artıb

Azərbaycan 2023-cü ilin ilk 9 ayında xaricdən 906 676 ədəd mobil telefon idxal edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu da illik müqayisədə 502 504 ədəd və ya 2.2 dəfə çoxdur. Belə ki, 2022-ci ilin eyni dövründə 404 142 ədəd smartfon idxal edilmişdi.

Cari ildə smarfonların ixrac dəyəri $239.12 mln. təşkil edib.

Azərbaycan bu müddət ərzində smartfonların 633 905 ədədi ($166.16 mln. ) Çindən, 207 739 ədədi ($52.63 mln.)  Vyetnamdan və 64 011 ədədi ($19.61 mln.) Hindistandan idxal edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər