Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 6 milyon 658 min ABŞ dolları dəyərində 9 min 657 ton düyü idxal edilib.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1 milyon 873 min ABŞ dolları (39%) və ya 1 798 ton (23%) artım deməkdir.
Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0.41%-ni təşkil edib.