6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan xaricdən aldığı buğdanın 1 tonuna nə qədər pul ödəyir?

Azərbaycan buğda idxalını artırıb. Həmçinin, idxal olunan buğdanın qiymətində də artım var.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin ilk 9 ayı ərzində Azərbaycan xaricdən $262 mln. 66.40 min dəyərində 744 200.35 ton buğda alıb. Bu göstəricilər 2021-ci ilin ilk 9 ayı ilə müqayisədə dəyər ifadəsində 43.4%, miqdar ifadəsində isə 7.9% çoxdur.

Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricdən 1 ton buğda alışına $265 sərf etmişdisə, bu ilin müvafiq dövründə buğdanın hər tonu üçün ödədiyi məbləğ $352 olub.

Son xəbərlər
Digər xəbərlər