2023-cü ilin yanvar-may ayında Azərbaycana 134 milyon 904 min dollar dəyərində 450 153 ton buğda idxal edilib.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir.
2022-ci ilin yanvar-may ayında Azərbaycana 124 milyon 49 min dollar dəyərində 355 625 ton buğda idxal edilmişdi. Belə ki, illik müqayisədə buğdanın idxalı dəyər ifadəsində 9%, miqdar ifadəsində isə 27% artıb.
Azərbaycana 1 ton buğdanın orta idxal qiyməti 349 dollardan 300 dollara düşüb (49 dollar azalıb).
Xatırladaq ki, bu ilin 5 ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 1.97%-nə bərabər olub.