Cari ilin yanvar-fevral aylarında Azərbaycana 5 milyon 650 min dollar dəyərində 22 290 ton buğda idxal edilib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2020-ci ilin eyni ayında isə 21 milyon 544 min dollar dəyərində 98 154 min ton buğda idxal edilib.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq dəyər baxımdan 3.8 dəfə, miqdar baxımdan isə 4.4 dəfə azalıb.
Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 0.35 %-ni təşkil edib.