Ötən ay Azərbaycan xaricdən $32 mln. 475.34 min dəyərində 93 704.53 ton buğda alıb.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, 2021-ci ilin yanvar ayında xaricdən alınan buğdanın həcmi 23 203.54 ton, buna xərclənən vəsait isə $5 mln. 900.59 min təşkil etmişdi. İllik müqayisədən görünür ki, xaricdən buğda alışı 4 dəfə, buğda alışına sərf olunan vəsait 5.5 dəfə artıb.