2024-cü ilin yanvar-iyun aylarında Azərbaycana 85 milyon 180 min dollar dəyərində 386 022 ton buğda idxal edilib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2023-cü ilin eyni aylarında Azərbaycana 145 milyon 565 min dollar dəyərində 493 210 ton buğda idxal edilmişdi.
Beləliklə, ötən il müqayisədə Azərbaycana buğda idxalı miqdar ifadəsilə 22%, dəyər ifadəsilə 1.7 dəfə azalıb.
1 ton buğdanın orta hesabla idxal dəyəri 295 dollardan 221 dollara düşüb (74 dollar azalıb).