2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın idxal etdiyi qovrulmuş kofeinli qəhvənin həcmi 234,86 ton təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artım deməkdir.
Banker.az xəbər verir ki, idxalın ümumi dəyəri isə 3,321,4 min dollar olub və ötən ilin 2,858,92 min dollarlıq göstəricisi ilə müqayisədə 16,2% artım müşahidə olunub.
Qovrulmamış kofeinli qəhvənin həcmi isə 196.05 ton və ya 1 milyon 738.6 min dollar olub. Öncəki ildə bu rəqəm 153.94 ton və ya 927.23 min dollar idi.
Ən böyük idxal mənbələri arasında İtaliya, Türkiyə və Avstraliya yer alır. Dövlət Statistika Komitəsinin məlumatına görə, İtaliyadan 90,54 ton qəhvə alınıb və dəyəri 1 milyon 476,95 min dollar təşkil edib, 2024-cü illə müqayisədə miqdar 7,6% azalsa da, dəyər 9,9% artıb. Türkiyədən idxal 51,52 ton olub, dəyəri 636,03 min dollar təşkil edib və miqdar baxımından 11,2%, dəyər baxımından isə 28,6% artım müşahidə olunub. Avstraliyadan ilk dəfə ciddi həcmdə idxal baş verib – 21,59 ton, dəyəri 279,24 min dollar.
2025-ci ildə idxal siyahısına ABŞ, Honduras, Yəmən və Ekvador kimi ölkələrdən kiçik həcmdə qəhvə idxal edilib.
Orta qiymət baxımından, 2025-ci ildə bir ton qovrulmuş, kofeinli qəhvənin idxal qiyməti təxminən 14,14 min dollar təşkil edib. 2024-cü ildə bu rəqəm 12,41 min dollar idi. Beləliklə, orta ton qiyməti 14% artıb və hər ton üzrə idxal dəyəri yüksəlib.
DSK-nin məlumatına görə, 100 qramlıq tez həll olunan qəhvənin qiyməti sentyabrda 8,13 manat olub. Ötən ilin eyni dövründə 7,23 manat idi. İllik qiymətlər 12,4 faiz bahalaşıb.
Qeyd edək ki, rebusta qəhvənin birjada bir funtunun dəyəri son bir ildə 52.03% artaraq 3.93 ABŞ dollarına yüksəlib. Bir funt təqribən 0.45 kiloqramdır. Arabika qəhvəsi isə hazırda hər kiloqramı 8.83 dollara satılır.