12 C
Baku
Monday, November 18, 2024

Azərbaycan xaricdən qarğıdalı yağının idxalını azaldır, palma yağının isə artırır

Azərbaycan xam palma yağının dünya bazarında qiymətləri bahalaşsa da idxalını artırmaqdadır. Qarğıdalı yağının idxalı isə kəskin düşüb.

Banker.az xəbər verir ki, 2022-ci ilin ilk üç rübündə İndoneziya və Malayziyadan ümumilikdə 51351 ton həcmində xam palma yağı idxal edib. Bu da 2021-ci ilin ilk üç rübündən 47% yuxarıdır.

Buna görə, ölkənin idxalçı şirkətləri $85.96 milyon xərc çəkiblər.

2021-ci ilin eyni müddətində xaricdən 34 994 tonluq xam palma yağını $42.23 mln.-a almışdılar.

İdxalçı şirkətlərin bir ton üzrə xam palma yağına çəkdiyi xərcin həcmi ortalama ötən il $1 207-ə başa gəlirdisə, bu il bu rəqəm 39% artaraq $1 674-ə başa gəlib.

Dünya birjalarında palma yağının qiyməti Rusiyanın Ukraynaya hərbi hücumundan sonra baş verib. Bu iki yağ ixracatçısı ilə bağlı ticarət zəncinrinə mövcud risklərlə görə bahalaşdı. Bir tonu 1950 dollara qədər Malayziya birjasında bahalaşmışdı, lakin 2022-ci ilin mayından bu tərəfə 1000 dollardan ucuz satılır. Maraqlı tərəfi budur ki, qiymətlər hətta öncəki ildən belə ucuz da olsa Azərbaycan bu məhsulu yenə yüksək qiymətə alır.

Dünyada qarğıdalı yağı ilə bağlı defisit qorxusu səbəbindən bir çox ölkələr ixraca məhdudiyyətlər tətbiq ediblər. İldən-ilə Azərbaycanda istehlakı yüksələn qarğıdalı yağı həm daxildə istehsalı azalıb, həm də onun idxalı azalıb. Ölkəyə xaricdən ötən ilin ilk üç rübündə 12 923 tonluq ($21.59 mln.) xam qarğıdalı yağı idxal edilmişdi. Cari ildə bu rəqəm 44% azalaraq  7 195 tona ($11.41 mln.) düşüb.

PALMA YAĞININ QİYMƏTİ: $/ton

3245242423

Son xəbərlər
Digər xəbərlər