2021-ci ilin ilk 10 ayı ərzində Azərbaycan 8 361.95 ton həcmində, 11 271.71 min ABŞ dollar dəyərində süd idxal edib.
Banker.az-ın Dövlət Gömrük Komitəsinin təqdim etdiyi statistikaya əsasən apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal olunan südün həcmi 0.7% artıb, dəyəri isə 16% azalıb.