11 C
Baku
Monday, November 25, 2024

“Azərbaycan xaricdən zeytun məhsulu idxal etməyəcək”- MÜSAHİBƏ

Hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur. Ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə yaradılan nazirliyin son günlər prioritet fəaliyyəti barədə nazir Hüseyn Bağırov məlumat verib.

Banker.az müsahibəni təqdim edir.
– Hazırda nazirliyin fəaliyyətinin əsas istiqamətini hansı işlər təşkil edir?
– Prezidentin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanında aqrar sahənin inkişafı əsas məqsədlərdən biri kimi qarşıya qoyulduğundan yaşıllıq ərazilərinin miqyasının genişləndirilməsi, qeyri-meşə fondu torpaqlarından daha səmərəli istifadə edilməsi istiqamətində aqromeşə massivlərinin salınması sahəsində işlərə başlanılıb. Meşə və qeyri-meşə fondu torpaqlarında meyvə bağlarından ibarət aqromeşə massivlərinin salınması istiqamətində qarşıdakı 5 ildə Nazirliyin daxili imkanları hesabına 23 çeşiddə 87,6 milyon ədəd müxtəlif meyvə tinglərinin alınması nəzərdə tutulub ki, artıq bunlardan 3290 mini yetişdirilib. Eyni zamanda meşə fonduna aid nisbətən kiçik sahəli açıq talalardan ibarət 24678 hektar ərazilər müəyyən edilərək xəritələşdirilib.

husynqulu bagirov baqirov e1495629358318
Hüsyenqulu Bağırov / FOTO: APA

– Bu ilin ötən dövrü ərzində nə qədər ərazidə ağac əkilib?
– 2017-ci ilin əvvəlindən meşə fondunun meşə ilə örtülü olmayan ərazilərinin 2187 hektarında 1 milyondan çox aqrar əhəmiyyətli zeytun, fındıq, qoz, badam, nar, tut, innab, püstə, ərik və s. cinslərdən ibarət aqrobağlar salınıb. Eyni zamanda, qeyri-meşə fondu ərazilərində son illərdə 2000 hektarda 1,3 milyon ədəddən artıq zeytun ağacı əkilib və bu bağlardan məhsuldarlığın ildən-ilə artaraq 2025-ci ildə 14000 tona çatması gözlənilir. Bundan başqa, meşə fondu ərazisində əvvəlki illərdə əkilmiş meşə cinsli ağaclardan başqa 3000 hektardan yuxarı ərazidə ayrı-ayrı meyvə cinsləri, o cümlədən qoz, şabalıd, fındıq, tut, nar cinslərindən ibarət meşə bağları salınmışdır ki, bu bağların da məhsuldarlığının artırılması üçün müvafiq tədbirlər görülməkdədir. Bütövlükdə meşə və qeyri-meşə fondu ərazilərində 7000 hektardan artıq sahədə meyvə cinslərindən ibarət aqrobağlar salınıb ki, bunun da 5000 hektarı artıq bar verməkdədir.
– Daha çox hansı meyvə ağaclarına üstünlük verilir?
– Nazirliyin daxili imkanları hesabına xaricdən 30 minə yaxın elit sortlu məhsuldar qoz, tut, innab, badam, püstə və digər meyvə tingləri alınaraq ölkəyə gətirilib. Bu tinglər hesabına nazirliyin tinglik müəssisələrində artırılması təmin edilməklə digər ərazilərdə də həmin ağac cinslərindən ibarət aqromeşələr salınacaq.
– Əkilən ağaclar arasında zeytun üstünlük təşkil edir…
– 2017-2021-ci illər ərzində aqromeşə massivlərinin yaradılması çərçivəsində artıq bar verən 2000 hektar zeytun bağlarına əlavə olaraq, respublikanın müxtəlif rayonlarında 5396 hektar sahədə yeni zeytun plantasiyalarının salınması nəzərdə tutulur ki, bu da gələcəkdə zeytun məhsullarına ölkənin bütün ehtiyaclarının ödənilməsini təmin etməklə bərabər ixrac potensialının yaradılmasına səbəb olacaq. Son illərdə 4 min hektardan çox ərazi yaşıllaşdırılıb ki, bunun da 2 min hektardan çoxu zeytun ağaclarıdır. Zeytun ərazilərini 5 min hektara çatdırsaq, Azərbaycan xaricidən zeytun məhsulu idxal etməyəcək. Hətta gələcəkdə Azərbaycan özü xarici ölkələrə zeytun məhsulları ixrac edə bilər. Artıq 1 milyon zeytun tingini Türkiyədən, İtaliyadan gətirmirik. Bizim zeytunların sortu yaxşıdır. Yağlılıq faizi daha yüksək olduğu üçün xammal üçün yararlıdır.

Olive 0
Yaşıl zeytun ağacı

– Suvarma ilə bağlı hansı işlər görülməsi nəzərdə tutulur?
– Azərbaycanda gələcəkdə Xəzərin suyunun şirinləşdirilməsi nəticəsində sutkada 7 min kub içməli su istehsal ediləcək. Hazırda nazirlik dəniz suyunun şirinləşdirilməsini həyata keçirir. Xəzərdə ən müasir şirinləşdirmə müəssisəsi Salyan ərazisindədir. Bu dəqiqə orada içməli su kimi istifadəyə icazə yoxdur deyə ancaq zeytun ağacları suvarırıq.
– Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi nə qədər artırılıb?
– Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılıb. Ölkədə ümumi sahəsi 893 min hektar olan xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Bu sahədə görülən işlərin davamı olaraq Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğun yaradılması istiqamətində iş aparılır. Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilməsi, Dənizkənarı Milli Parkın yaradılması məqsədilə zəruri tədbirlərin həyata keçirilir. Milli parklarda müasir xidmət infrastrukturunun yaradılması sayəsində ekoturistlərin sayı artıb. Göygöl Milli Parkında əhalinin müxtəlif təbəqələri üçün müasir tələblərə cavab verən ekoturizm infrastrukturu istifadəyə verilib. Təkcə 2015-2016-cı illər ərzində buraya 265 min turist səyahət edib.

MənbəHafta.az
Son xəbərlər
Digər xəbərlər