“Xarici valyutada ifadə olunan dövlət borcunu azaldaraq onu daha çox milli valyutada olan dövlət borcu ilə əvəzləməyi qarşıya məqsəd qoymuşuq”.
Bunu bu gün Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumunda çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycanın borc sahəsində dayanıqlığını xeyli artıracaq: “Bu, dünya bazarlarında hər hansı xarici şoklara müqavimətimizi xeyli möhkəmləndirəcək”.
Xarici dövlət borcunun milli valyutada olan dövlət borcuna çevrilməsi mexanizminə gəlincə, maliyyə naziri qeyd edib ki, bu, uzunmüddətli işlərdir: “Bu sahədə bir sıra tədbirlər nəzərdə tutulur. Nəzərdə tuturuq ki, daxili bazarımızı daha da genişləndirək və xarici borcumuzu qaytaraq”.
©Ona