10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan xarici gübrə bazarında yeni alıcılar tapıb: istehsal və ixrac sürətlənir

Azərbaycan 2024-cü ilin ilk yeddi ayında gübrə istehsalına böyük təkan verib və xaricə satışların həcmini kəskin artırıb.

Banker.az xəbər verir ki, ilin ilk yeddi ayının nəticələrinə əsasən, karbamid zavodunda istehsal illik müqayisədə 94 faiz artımla 363.9 min ton təşkil edib.

İstehsal edilmiş karbamiddən anbarlarda yalnız 45,7 min ton qalıb və qalanı daxili və xarici bazara tədarük edilib.

Cari ilin ilk yarımilində xaricə 270.32 min tonluq karbamid (azot gübrəsi) ixrac edilib və bunun ixrac dəyəri ümumilikdə 52.63 mln. dollar təşkil edib. Bu, ixracda illik müqayisədə miqdarla 139%, dəyərlə isə 64% artımdır. 2023-cü ilin eyni dövründə bu göstərici müvafiq olaraq 113.03 min ton və 32.05 mln. dollar idi. Cari ildəki ixracın həcmi ən iri ixrac ili sayılan 2022-ci ili (ilk yarıda) 152.93 min ton üstələsə də, qiymətlərin ucuz olması dəyərdən (2022, ilk 6 ay: 98.74 mln. dollar) aşağıdır.

Bu il azot gübrəsinin ən iri alıcısı Ukraynadır. Müharibənin ortasında olan post-sovet ölkəsi Azərbaycandan 132.1 ton (25.5 mln. dollar) gübrə alıb. Azot gübrəsinin Ukraynaya ixrac həcmi illik 6 dəfə yüksəlib.

Ölkədən xarici bazara çıxarılmış gübrənin bir tonu 2023-cü ildə ortalama 283 dollar olduğu halda, 2024-cü ildə 31% ucuz, təqribən 195 dollar olub.

İxracda digər maraqlı məqam isə bir sıra iri Avropa ölkəsinin 2023-cü ildən fərqli olaraq bu il Azərbaycanın gübrəsinə 2024-cü ildə “yaxın gəlməməsidir”. Məsələn, İtaliya 2023-cü ildə Azərbaycandan 19 min ton üzərində azot gübrəsi almışdı.

Xatırladaq ki, Azərbaycanda karbamidi 2019-cu ildən başlayaraq SOCAR-ın Sumqayıtdakı Karbamid Zavodu istehsal etməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər