İnvestisiyaların təşviqi ilə bağlı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) tərəfindən “Invest in Azerbaijan” layihəsi hazırlanaraq hökumətə təqdim olunub.
APA-nın xəbərinə görə, bunu “9-cu Beynəlxalq Xəzər Enerji Forumu – 2019” tədbirində çıxış edən Azpromo-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, mexanizmlər çərçivəsində xaricdən gələn investorlara dəstək göstəriləcək, onların Azərbaycanda biznesə planların hazırlanmasına dəstək veriləcək, beynəlxalq sərgilərdə vahid ölkə stendində iştirakı təmin olunacaq.
“Digər mexanizm “First in Azerbaijan”dır ki, bu Azərbaycanda ilk istehsalı quran şirkətlərə mövcud imtiyazlardan əlavə digər imtiyazlar təqdim olunacaq”, – deyə Y. Abdullayev qeyd edib.